Kubanın hava nəqliyyatı sərnişinlərdən “sanitar vergisi” tutacaq
Bakı, 26 noyabr, AZƏRTAC
“Azadlıq adası”nın hökuməti dekabrın 1-dən hava nəqliyyatı sərnişinlərindən 30 ABŞ dolları məbləğində “sanitar vergi”sinin tutulması ilə bağlı qərar qəbul edib.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, Federal Vergi Xidmətinin məlumatına görə, ölkəyə təyyarə ilə gələn hər bir sərnişin bu qərar çərçivəsində 5 gün ərzində karantində saxlanılacaq.
Hökumətdən verilən açıqlamada bildirilib ki, vergiyə koronavirus testinin keçirilməsi, eləcə də sərhəddə əməl edilən tibbi protokol xərcləri daxildir.
“Sanitar vergisi” təyyarə biletinin qiymətinə əlavə ediləcək. Dekabrın 1-dək Kuba hava limanlarında sərnişinlər koronavirus testindən pulsuz keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]