KULİNARLARIMIZ YEKATERİNBURQ ŞƏHƏRİNDƏ AVRASİYA BEYNƏLXALQ KULİNARİYA ÇEMPİONATINDA İŞTİRAK ETMİŞLƏR
Tədbirdə Azərbaycan, Türkiyə, Almaniya, Çexiya, Filippin, Bolqarıstan, Özbəkistan, Kuba, Mavritaniya və Hindistandan 16 komanda qələbə uğrunda mübarizə aparmışdır. Müsabiqə bir neçə sinif üzrə keçirilmişdir. A1 sinfi üzrə birinci turun nəticələrinə görə, qızıl medal heç kimə verilməmişdir. Rusiya və Çexiya komandaları gümüş, Azərbaycan və Türkiyə bürünc medallara layiq görülmüşlər.
16 komandadan 9-u, o cümlədən Azərbaycan qazanılan balların miqdarına görə finala çıxaraq Qran-Pri yarışlarına qoşulmuşlar.
Azərbaycan və Türkiyə komandaları gümüş medalların sahibi olmuşlar.
Çempionatın sonunda Qala nahar verilmişdir. Hər bir komanda qonaqlara yarışdankənar öz ölkəsinin yeməklərini təklif etmişdir. Onlar bizim Quba paxlavasını, şəkərburanı, şah plovunu, badımcan bükməsini, ağ balıq dürməyini çox bəyənmişlər. Qala naharda qonaqlara “Kulina” jurnalının rus dilində buraxılmış xüsusi nömrəsi və “Azərbaycan mətbəx mədəniyyəti” jurnal-kitabçası da təqdim olunmuşdur.