Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən şəxs saxlanılıb
Bakı, 31 yanvar, AZƏRTAC
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat-qoşun tədbirləri keçirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, əməliyyat nəticəsində yanvarın 28-də saat 04:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran İslam Respublikası vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:52]
Tələbələr arasında antinarkotik təbliğatı gücləndirilir
- 02.10.2026 [16:33]
Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub
- 02.10.2026 [16:08]
Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub
- 02.10.2026 [16:01]