Kür çayının Salyan məntəqəsində suyun səviyyəsi 21 santimetr azalıb
Bakı, 29 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla normanın 180, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normadan çox olmaqla normanın 40-130, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normaya yaxın olmaqla normanın 30-90 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 3 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 119 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 61 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 19 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla normanın 25 faizinə bərabərdir.
Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 1 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 110 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla normanın 71 faizini təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma qeydə alınıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində dəyişməyərək 326, Şirvan məntəqəsində 2 santimetr azalaraq 141, Salyan məntəqəsində 21 santimetr azalaraq 59, Bankə məntəqəsində isə 10 santimetr azalaraq 137, Araz çayının Novruzlu məntəqəsində 15 santimetr azalaraq 25 santimetr təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:17]
Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ
- 05.10.2026 [12:53]
Sabah yağış yağacaq VİDEO
- 04.10.2026 [13:10]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]