Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 8 santimetr azalıb
Bakı, 6 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla onun 140, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normadan çox olmaqla onun 40-130, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük norma daxilində və normadan çox olmaqla onun 100-110 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, martın 6-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 128 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 53 faizini təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 19 kubmetrə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 23 faizini təşkil edir.
Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi dəyişməyib. Hazırda məntəqədə su sərfi 105 kubmetr/saniyəyə bərabərdir. Bu da ongünlük normadan az olmaqla onun 63 faizini təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən azalıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra məntəqəsində 2 santimetr azalaraq 333, Şirvan məntəqəsində 8 santimetr azalaraq 133, Salyan məntəqəsində 3 santimetr azalaraq 42, Araz çayının Novruzlu məntəqəsində 3 santimetr artaraq 38, Bankə məntəqəsində isə 3 santimetr azalaraq 139 santimetr təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:17]
Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ
- 05.10.2026 [12:53]
Sabah yağış yağacaq VİDEO
- 04.10.2026 [13:10]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]