Azərbaycan Dövlət İnformasiya Agentliyi

KÜRDƏMİR OLİMPİYA İDMAN KOMPLEKSİ MÜASİR STANDARTLARA CAVAB VERİR

KÜRDƏMİR OLİMPİYA İDMAN KOMPLEKSİ MÜASİR STANDARTLARA CAVAB VERİR
Sentyabrın 24-də Kürdəmir şəhərində Olimpiya İdman Kompleksinin açılışı olmuşdur.

Kompleksin qarşısına toplaşan rayon sakinləri, eləcə də Pekin Olimpiya oyunlarında ölkəmizi təmsil edən idmançılar Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.

Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi.

Komleksin təməli 2005-ci ilin oktyabrında, Prezidentin Kürdəmirə səfəri zamanı qoyulmuşdu. Burada respublika və beynəlxalq səviyyəli yarışların keçirilməsi üçün gözəl şərait yaradılmışdır. 5,5 hektar ərazidə yerləşən bu idman qurğusu həm də şəhərə xüsusi yaraşıq verir.

Prezident İlham Əliyev kompleksin ərazisini gəzdi, futbol, voleybol, basketbol meydançalarına, məşq otaqlarına, habelə ulu öndər Heydər Əliyevin ölkəmizdə idmanın inkişafına və idmançılara diqqət və qayğısından bəhs edən fotostendə baxdı. Sonra böyük idman salonunda yeniyetmələrdən ibarət mini futbol komandasının, gənc həndbolçuların oyunlarını izlədi, Pekin Olimpiadasının iştirakçıları ilə görüşdü.

Dövlətimizin başçısı Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Prezident İLHAM ƏLİYEV mərasim iştirakçılarına müraciətlə dedi:

- Sizi çox gözəl Olimpiya İdman Kompleksinin açılışı münasibətilə təbrik edirəm. Bu, çox gözəl idman qurğusudur. Mənim yadımdadır ki, üç il bundan əvvəl bu kompleksin təməlini qoyduq. Bu yeri seçdik və o vaxt burada heç nə yox idi, boş bir yer idi. Amma indi burada gözəl park, gözəl olimpiya kompleksi, açıq meydançalar var. Gördüyünüz kimi, uşaqlar burada məşq edirlər, idmanla məşğul olurlar, bu, çox sevindirici haldır. Yəni Kürdəmirə layiq olan bir idman qurğusudur. Mən əminəm ki, buradan uşaqlar, yeniyetmələr, gənclər və böyüklər, necə deyərlər, yaşlı nəsil də istifadə edəcəkdir. Çünki burada həm idman qurğusu, həm də müxtəlif trenajorlar var. Buradan həm idmançılar, həm də rayon sakinləri istifadə etməlidirlər. Sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm.

OQTAY BABAYEV (rayon ağsaqqalı, ziyalı): Cənab Prezident, Sizi Kürdəmir rayonunun bütün ziyalıları, ağsaqqaları, sakinləri adından salamlayıram. Kürdəmirə xoş gəlmisiniz, səfa gətirmisiniz. Sizin hər bir gəlişiniz rayona yenilik gətirir, tərəqqi, inkişaf gətirir. Siz özünüz də bu gün bunun əyani surətdə şahidi oldunuz.

Biz kürdəmirlilər, bütün respublika əhalisi neçə gündür televizya ekranlarından Sizin rayonlara, regionlara səfərlərinizi izləyirik. Getdiyiniz rayonlarda aeroport, stadion, parklar, - sayıb qurtarmaq mümkün deyil, açılır. Özü də bu verilişlərə təkcə Azərbaycan baxmır, bütün dünya baxır. Demək, Azərbaycan çox nəhəng addımlarla irəliləyir, tərəqqi edir, çiçəklənir, tikinti abadlıq işləri geniş vüsət alır. Şübhəsiz, bütün bunlar hamısı rayonumuzun əhalisində, eyni zamanda, respublikamızın ziyalılarında böyük ruh yüksəkliyi yaradır. Biz qürur, iftixar hissləri keçiririk.

Cənab Prezident, biz bunun hamısını mərhum Prezidentimiz Heydər Əliyevin siyasi xəttinin, ideyalarının təntənəsi hesab edirik. Çünki Heydər Əliyevin Azərbaycana rəhbərlik dövrü xalqımızın, tariximizin ən şərəfli, ən unudulmaz səhifəsidir. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin dövlətçiliyinin, beşiyi başında duraraq, ölkəmizə rəhbərlik missiyasını düz 34 il öz qüdrətli çiyinlərində XX əsrdən XXI əsrə apardı. Ürəyini məşəl edərək, xalqın yoluna işıq saldı. Dünyada çox böyük şəxsiyyətlər olubdur. Çox vaxt onları Heydər Əliyevlə müqayisə edirlər. Amma mən elə bir Prezident görməmişəm ki, o, həyatdan gedəndən dünyasını dəyişəndən sonra onun adına təkcə ölkəsində yox, bütün dünyada bu qədər abidə ucaldılsın, xiyabanlar, muzey yaradılsın və xatirəsi anılsın. Siz Türkiyədə, Gürcüstanda, Müstəqil Dövlətlər Birliyi məkanında, Avropada olanda Heydər Əliyevin abidəsini ziyarət edirsiniz. Bu, hələ heç bir dövlət başçısına müyəssər olmamışdır. Ona görə bir daha təkrar edirəm ki, biz ziyalılar onunla fəxr edirik.

Cənab Prezident, yaxşı xatırlayırsınız, düzgün qeyd etdiniz ki, 2005-ci ilin 6 oktyabrında Siz Milli Məclisə seçkilər ərəfəsində Kürdəmirdə oldunuz və Heydər Əliyevin abidəsinin, Heydər Əliyev Muzeyinin açılış mərasimlərində iştirak etdiniz. Siz orada proqram xarakterli çıxış etdiniz və o çıxışınızda rayonda gedən tikinti-abadlıq işlərini yüksək qiymətləndirdiniz. Rayon sakinlərinin, rayon icra hakimiyyəti başçısının işlərinə müsbət qiymət verdiniz. Siz bu rayondan cəmi üç ildir getmisiniz. Lakin rayonda görülmüş işlərin əhatəsi 15-20 ilə bərabərdir.

Sizə deyim ki, qısa müddət ərzində rayonda 22 məktəb binası və korpusu tikilmişdir. Yəni 6 min şagird üçün sinif otaqları inşa olunmuşdur. Təkcə builki dərs ilində ən müasir standartlara cavab verən 5 məktəb binası istifadəyə verilmişdir. Bunlar hər cür əyani vasitələrlə, kompyuterlərlə təchiz olunmuşdur. Bu, nəinki rayonumzun, respublikamızın tarixində misli görünməmiş böyük bir hadisədir. Bütün bunların hamısı bizi böyük qələbəyə, yeni nailiyyətlərə daha da ruhlandırır.

Cənab Prezident, vaxt keçsə də, Sizin iş metodunuzun bir-iki məqamını demək istəyirəm. Siz Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı haqqında Dövlət proqramını qəbul etdiniz. Mənim imkanım olsa, bu proqramı qızıl hərflərlə Azərbaycan xalqının tarixinə yazaram. Azərbaycanda belə bir proqramın qəbulundan sonra bütün respublika yeniləşmiş, tikinti-abadlıq işləri böyük miqyas almış, Azərbaycanın sosial-iqtisadi qüdrəti, beynəlxalq nüfuzu yüksəlmiş, xalqın rifah halı yaxşılaşmışdır. Bu proqram tarixə qızıl hərflərlə düşəsi sənəddir. Ona görə bu proqram baş tutdu ki, cənab Prezident, Siz onun yerinə yetirilməsini izləmək üçün rayonlarda olursunuz. Hətta elə rayon var ki, üç dəfə olmusunuz. Gedib görürsünüz və əgər o sənədin icrasında bir boşluq varsa, problem varsa, Bakıya qayıdandan sonra dərhal Sərəncam verirsiniz. Bizim rayon haqqında da belə oldu.

O vaxt buradakı açılış mərasimindən sonra Siz Sabirabadda geniş müşavirə keçirdiniz. Bizim icra hakimiyyətinin başçısı o müşavirədə iştirak etdi, çıxışında su, nəqliyyat məsələləri haqqında təklif irəli sürdü. Siz onun çıxışına dərhal reaksiya verdiniz və Bakıya qayıdan kimi, nəinki Kürdəmir haqqında, həm də Sabirabad, Saatlı haqqında da xüsusi Sərəncam imzaladınız. 40-50 il su görməyən Kürdəmirə keçən ilin dekabrında İsmayıllı rayonunun Külüllü kəndindən bulaq suyu gəldi. 40-42 dərəcə isti olan rayonda bulaq suyu içirsənsə, bunun ləzzətini ancaq onu içən kürdəmirlilər bilir. Nəinki suya, digər məsələlərə görə Sizə, Heydər Əliyev ailəsinə, ulu öndərə o qədər böyük məhəbbətimiz, hörmətimiz var ki, inanın, bunu izah etməyə, deməyə mənim nə qüdrətim, nə sözüm çatır. Sizə rayonda çox böyük, hədsiz məhəbbət və hörmət vardır.

Siz daim xalqın, kütlənin içində olursunuz.

Siz 2009-2013-cü illər üçün yeni Dövlət proqramının hazırlanması barədə tapşırıq vermisiniz.

İLHAM ƏLİYEV: Bəli, hazırlanır.

OQTAY BABAYEV: Azərbaycan daha qüdrətli, daha gözəl olacaqdır. Azərbaycan indi də, gələcəkdə də bütün Şərq, deyərdim ki, Avropa üçün də nümunəvi bir respublika olacaqdır.

İLHAM ƏLİYEV: Sağ olun, xoş sözlərinizə görə təşəkkür edirəm. Mən çox şadam ki, bu gözəl Olimpiya İdman Kompleksinin açılışında yenidən sizinlə bərabər Kürdəmirdəyəm. Bu, bizim birgə gördüyümüz işlərin əyani sübutudur. Üç il bundan əvvəl kompleksin təməli qoyuldu. Bu gün isə gözəl idman qurğusu istifadəyə verilir. Siz qeyd etdiniz ki, son üç il ərzində Kürdəmirdə çox böyük işlər görülübdür. Çox böyük abadlıq, quruculuq işləri, məktəb tikintisi, sosial obyektlərin, yeni sənaye sahələrinin işə düşməsi - bütün bunlar Azərbaycanı gücləndirir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının əsas məqsədi məhz bundan ibarətdir.

Mən xatırlayıram, biz proqramı 2004-cü ilin fevral ayında rəsmən qəbul etdik. Əlbəttə, mən o vaxt bu proqramın üzərində çox işləmişdim və bilirdim ki, biz onu icra edəcəyik. Bəzi fikirlər var idi ki, bu, sadəcə olaraq, növbəti yeni bir niyyət proqramıdır. Orada müəyyən tədbirlər göstərilir, ancaq onların bir hissəsi çətin ki, yerinə yetirilsin. Amma proqramda göstərilən bütün məsələlər yerinə yetirildi və ondan əlavə, 2004-cü ildə proqramda nəzərdə tutulmamış bir çox obyektlər işə düşdü: aeroportlar, xəstəxanalar, idman qurğuları, yollar. Bakı-Kürdəmir yolu ən yüksək dünya səviyyəsindədir. Bu yol Gəncəyə qədər davam edir və Gəncə-Qazax avtomobil yolu artıq hazırdır. Bütün istiqamətlərdə yollar çəkilir, bütün bölgələrdə quruculuq-abadlıq işləri aparılır.

İşsizlik məsələsi ən çətin məsələdir. Bütün postsovet məkanı üçün ən böyük problem işsizlik, yoxsulluqdur. Biz, demək olar ki, işsizliyin böyük hissəsini aradan götürmüşük. Bu gün işləmək istəyən iş tapar. 700 mindən çox yeni iş yeri açılmışdır, onlardan 600 minə qədəri daimi iş yerləridir. Bu gün Azərbaycana başqa ölkələrdən işləmək üçün işçi qüvvəsi gəlir. Bu, nəyi göstərir?! Onu göstərir ki, artıq Azərbaycanda işsizlik problemi yoxdur. Digər tərəfdən, nəyə görə gəlirlər?! Çünki bilirlər ki, Azərbaycan inkişaf edən ölkədir, Azərbaycanda sabitlik, əmin-amanlıq var, tolerantlıq, başqa millətlərə qarşı xoş münasibət var və ölkənin ümumi inkişafı buna gətirib çıxarır. Yəni biz bütün bu gözəl hadisələri bütün bölgələrdə görürük. Hər bir yerdə, hər bir rayonda inkişaf gedir və bu işlər əhali tərəfindən çox bəyənilir, dəstəklənir. Bizim insanlarımız bütün bu işlərin ən fəal iştirakçılarıdır. Əgər yerlərdə insanlar bu işlərlə məşğul olmasaydılar, bizim bütün proqramlarımız kağız üzərində qalacaqdı. Bizim uğurumuzun əsas səbəbi ondan ibarətdir ki, düzgün qərarlar qəbul edilir, nəzarət güclüdür və yerlərdə qərarlar icra olunur.

Əlbəttə ki, bizim bütün bu işləri görmək üçün maddi imkanlarımız artır. Əgər bu olmasaydı, biz buna nail ola bilməzdik. Bizim dövlət büdcəmiz son beş il ərzində 10 dəfədən çox artıbdır. Valyuta ehtiyatlarımız, sosial məsələlərin həllinə ayrılmış vəsait, maaşlar, pensiyalar artıbdır. Azərbaycanda iqtisadi inkişaf elədir ki, o, bütün dünya üçün nümunədir. İqtisadi artım baxımından Azərbaycan ardıcıl dörd il dünya miqyasında birinci yerdədir. Bu, reallıqdır, faktdır, statistikadır. Biz bunu həm iqtisadi göstəricilərdə, həm də gündəlik həyatda görürük.

Bizim ölkəmiz yeniləşir, yenidən qurulur. Siz ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına xidmətlərini qeyd etdiniz. Hamımız - siz də, mən də yaxşı xatırlayırıq ki, 1970-80-ci illərdə o, nə qədər böyük işlər görübdür. O vaxt hakimiyyətə gələndə ən geridə qalmış respublika Azərbaycan idi. O, 1982-ci ildə Azərbaycandan Moskvaya gedəndə isə Azərbaycan ən qabaqcıl respublika idi. Tarix yenə təkrarlandı. Azərbaycan müstəqillik ərəfəsində, əfsuslar olsun ki, çox ağır vəziyyətə düşmüşdü. Nəyə görə?! Çünki Azərbaycana rəhbərlik edən insanlar öz vəzifə borcunu yerinə yetirə bilməmişlər. Bəziləri xəyanət ediblər, bəziləri, sadəcə olaraq, işin öhdəsindən gələ bilməmişlər.

1988-ci ildən yavaş-yavaş bütün iqtisadiyyat, sənaye, kənd təsərrüfatı tənəzzülə uğradı, tamamilə məhv olundu. Antialkoqol kampaniyası aparılmışdı, bütün üzüm bağları dağıdıldı. Nə üçün Azərbaycanda dağıdıldı?! Üzüm istehsalı Gürcüstanda, Ukraynada, Moldovada, Ermənistanda da var idi. Orada niyə üzüm bağlarına dəymədilər, bunları məhz Azərbaycanda qırdılar?! Çünki həm Sovet İttifaqının o illərdəki mərkəzi hökumətinin Azərbaycana münasibəti mənfi idi, həm də yerli rəhbərlər, Azərbaycanın maraqlarını qoruya bilməmişlər. Müstəqillik əldə ediləndə ən ağır vəziyyətdə yenə Azərbaycan oldu. Ermənistanın işğalı, torpaqlarımızın işğal altına düşməsi, vətəndaş müharibəsi və demək olar ki, iqtisadi iflic. Əgər belə davam etsəydi, ümumiyyətlə, ölkəmizin gələcəyi sual altında ola bilərdi.

Yenə Azərbaycan xalqı öz müdrikliyini göstərdi, 1993-cü ildə Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Nə baş verdi? Bütün xoşagəlməz məsələlərə tədricən son qoyuldu, sabitlik yarandı. Qanunsuz dəstələr, silahlı birləşmələr Azərbaycana meydan oxuyurdu - hamısı zərərsizləşdirildi, sabitlik yarandı və inkişaf dövrü başladı. 1993-2003-cü illər inkişaf dövrüdür. Bütün ağır problemlər həll olunmağa başlamışdı - sabitlik, yenilik və müasirlik.

Son dövr, 2003-2008-ci illər isə, sadəcə olaraq, 1993-2003-cü illərin məntiqi davamıdır. Bizim həm iqtisadi imkanlarımız artır, həm də bölgədə mövqeyimiz daha da güclüdür. Biz, Azərbaycan istənilən məsələni həll edə bilərik. Biz öz gücümüzə, öz maliyyə imkanlarımıza arxalanaraq bunları edirik. Hər şeyi xalq üçün edirik. Azərbaycan xalqı yaxşı yaşamalıdır - bütün rayonlarda, hər bir kənddə.

Siz çox düzgün qeyd etdiniz, növbəti, 2009-2013-cü illər üçün regional inkişaf proqramı hazırlanır. O Proqramda bütün qalan, bu günə qədər həll olunmamış məsələlər öz həllini tapacaqdır. Hər bir rayon üzrə, hər bir kənd üzrə. Belə ki, bütün sosial-iqtisadi məsələlər, infrastruktur məsələləri öz həllini tapsın və ölkəmiz daha da sürətlə inkişaf etsin.

Bizim əldə etdiyimiz nailiyyətlər bu gün artıq bütün dünya tərəfindən bilinir, qəbul edilir. Azərbaycan nəinki bu bölgənin lider dövlətidir, Azərbaycan həm də dünya üçün çox önəmli ölkəyə çevrilir. Biz Avropanın enerji təhlükəsizliyi məsələlərinə öz töhfəmizi veririk. Bizim iştirakımız olmadan nəhəng qlobal layihələr icra oluna bilməz. Bölgədə gedən proseslər, bölgədəki vəziyyət, sabitlik bir çox hallarda bizim fəaliyyətimizdən, təşəbbüslərimizdən və siyasətimizdən asılıdır. Əlbəttə, bu, bizim hamımızı sevindirir. Hər bir vətəndaş sevinir ki, onun dövləti güclənir, onun dövlətinin hörməti artır, imkanları artır. Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində. Bax bu gözəl Olimpiya İdman Kompleksi, sadəcə olaraq, son illər ərzində görülən işlərin kiçik bir nümunəsidir. Belə komplekslər Azərbaycanın müxtəlif bölgələrində tikilibdir.

İndi mən Kürdəmir rayonunda yeni konserv zavodunun açılışına gedəcəyəm. Eşitdiyimə görə, o da böyük bir sənaye müəssisəsidir. Belə müəssisələr həm yeni iş yerləri, həm yerli istehsal, həm də idxaldan asılılığın azaldılması deməkdir. Statistik məlumata görə biz bu gün özümüzü ərzaq məhsulları ilə təxminən 90-95 faiz təmin edirik. Siz yaxşı xatırlayırsınız, sovet vaxtında vahid kənd təsərrüfatı kompleksi mövcud idi. Burada pambıq əkilirdi, üzüm əkilirdi. Rusiyadan buraya yağ, ət və başqa ərzaq məhsulları gətirilirdi. Amma indi özümüz-özümüzü təmin edirik. Təkcə taxılda idxaldan asılılığımız bir az çox idi. Əlavə tədbirlər gördük - güzəştli şərtlərlə gübrənin verilməsi, yanacağın verilməsi nəticəsində bu il 400 min ton artıq taxıl yığılıbdır. Yenə əlavə tədbirlər görülür, yeni anbarlar tikiləcək, “Aqroservis”, “Aqrolizinq” güzəştli şərtlərlə fermerlərə gübrə verəcək. Onun pulunun cəmi 30 faizini ödəyəcəklər, yanacağın isə 50 faizini. Ona görə ki, biz istehsalı stimullaşdıraq, daha da çox istehsal olsun, idxaldan daha da az asılılıq olsun ki, Azərbaycan ərzaq təhlükəsizliyini təmin etsin. Belə olan halda, biz uzunmüddətli inkişafımıza, dayanıqlı inkişafa nail olacağıq. Neft-qaz amilindən asılılıq olmayacaqdır. Mən həmişə demişəm, bunlar bizə Allah tərəfindən verilən böyük sərvətdir. Biz onlardan səmərəli istifadə etməliyik və edirik. Ancaq elə olmamalıdır ki, bizim neftimiz, qazımız var, gəlin heç nə etməyək, oturaq və təkcə o pullarımızdan istifadə edək. Yox, biz gərək onu qoyaq kənara. Amma işləyək, qeyri-neft sektorunu, kənd təsərrüfatını, yerli sənayeni inkişaf etdirək və bütün sosial infrastrukturu yeniləşdirək.

Mən əminəm və heç şübhəm yoxdur ki, bizim gələcək inkişafımız da uğurlu olacaqdır. Buna nail olmaq üçün bütün zəruri amillər var: sabitlik, inkişaf, konkret proqramlar, sosial siyasət, xalq tərəfindən bütün bizim təşəbbüslərimizə müsbət yanaşma və dəstək. Əgər bu dəstək olmasaydı, biz heç nəyə nail ola bilməzdik. Uzaq və yaxın tarix göstərir harada ki, xalqla iqtidar arasında birlik yoxdur, orada heç bir iş görülə bilmir. Daim böhranlı vəziyyət, daim qarşıdurma, daim qarşılıqlı ittihamlar olur. Biz görürük ətrafda nələr baş verir. Bizim uğurumuzun əsas səbəbi odur ki, xalqla iqtidar arasında birlik var. Bax, siz qeyd edirsiniz ki, mən rayonlarda tez-tez oluram. Bəli, gedirəm ki, xalqla bir yerdə olum. Çünki mən sizə xidmət edirəm. Beş il bundan əvvəl mən bu vəzifəyə o məqsədlə gəlmişəm ki, sizə xidmət edim. Bu, mənim vəzifə borcumdur. Mən çalışıram ki, vəzifə borcumu ləyaqətlə yerinə yetirim və sizi əmin etmək istəyirəm ki, gələcəkdə də biz çox görüşəcəyik. Kürdəmir rayonunun inkişafı üçün əlavə tədbirlər görüləcəkdir. Belə gözəl açılışlarda biz birlikdə hələ çox iştirak edəcəyik.

Mən sizə cansağlığı arzulayıram. Arzu edirəm ki, Kürdəmir rayonunun inkişafı bundan sonra da sürətlə getsin. Sağ olun.

X X X

Sonra rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevlə xatirə şəkli çəkdirdilər.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır

Azərbaycan nefti 119 dollara satılır

Akademik Gövhər Baxşəliyeva: Məktəblərdə vahid geyim qaydalarına riayət hamımızın borcudur

Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub

Dünya Bankı Azərbaycana 100 milyon dollar özəl kapital cəlb edib

Azərbaycan Premyer Liqasında VIII tur start götürür

Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub

Qızıl və gümüş bahalaşıb

Birjalarda neft ucuzlaşıb

Ağdaş, Bərdə və Yevlaxın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İcmal büdcə kəsirinin 2030-cu ildə 442,2 milyon manat səviyyəsində olacağı gözlənilir

Süni intellekt və peşə təhsili: Şəkidə tələbələrin süni intellekt bacarıqları artırılır

Azərbaycan Astanada türk dövlətlərinin media sahəsi üzrə rəhbər şəxslərinin görüşündə təmsil olunur

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin komissiyası bəyanat yayıb

2027-2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

Oktyabrın 16-sı Ümumdünya Qida Günüdür

Ermənistanın keçmiş prezidentlərinin münaqişə dövründəki fəaliyyəti hüquqi baxımdan araşdırılmalıdır - ŞƏRH

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırılabilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI