Kürdəmir Regional Mədəniyyət İdarəsi müsabiqə elan edib
Bakı, 18 aprel, AZƏRTAC
Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Kürdəmir rayon Mədəniyyət Mərkəzi, Kürdəmir rayon Mərkəzi Kitabxanası və Kürdəmir rayon Uşaq İncəsənət Məktəbi xalqımızın ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar bədii qiraət, musiqi, rəqs, rəsm və tətbiqi sənət nominasiyaları üzrə onlayn “İstedad - baxış” müsabiqəsi elan edib.
Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, müsabiqədə 8 yaşdan 30 yaşadək uşaq və gənclər iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyənlər 2020-ci ilin aprelin 20-dən aprelin 30-na qədər Kürdəmir rayon Mədəniyyət Mərkəzinin [email protected], Kürdəmir rayon Mərkəzi Kitabxana Sisteminin [email protected], Kürdəmir rayon Uşaq İncəsənət məktəbinin [email protected] elektron poçtuna və həmin müəssisələrin “facebook” səhifələrinə müraciət edərək qeydiyyatdan keçə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]