Kürdəmirdə arpa zəmilərindən 27 sentnerdən çox məhsul götürülür
Kürdəmir, 4 iyun, AZƏRTAC
Kürdəmirdə cari mövsümdə 45,4 min hektarda taxıl yetişdirilib və son günlərdə hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, məhsul yığımı kampaniyası davam etdirilir.
Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, taxıl sahələrinin 28 min 968 hektarı arpa, qalanı isə buğdadır. İlkin olaraq arpa biçilir və az vaxtda 2820 hektarın məhsulu yığılıb. Hələlik hər hektardan orta hesabla 27,8 sentner arpa götürülür ki, bu da ötən ildəki göstəricidən 6 sentner çoxdur. Rayonun bir sıra ərazilərində, o cümlədən Köhünlü, Sığırlı, Şilyan, Qarasu və digər icra nümayəndəliklərində daha yüksək məhsuldarlığa nail olunur.
Qeyd edək ki, hazırda hər gün zəmilərə 35 kombayn çıxarılır. Biçinin vaxtında və itkisiz aparılması üçün kombaynların sayının 100-ə çatdırılması istiqamətində tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]