Kürdəmirdə çiyid səpininə hazırlıqla başlanılıb
Kürdəmir, 16 aprel, AZƏRTAC
Kürdəmirdə çiyid səpininə start verilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari mövsümdə rayonda 2131,4 hektarda pambıq əkini nəzərdə tutulub. Hər yerdə səpinə mütəşəkkil hazırlıqla başlanıb. Bu mühüm kampaniyaya 30 traktor, 15 səpin aqreqatı cəlb olunub. Artıq 65 hektardan çox sahədə səpin aparılıb. Rayonda daha çox pambıq əkiləcək Şilyan, Qarasu, Xırdapay, Muradxan və bir sıra digər ərazi dairələrində fermerlər və fiziki şəxslər səpinə daha ciddi hazırlıqla başlayıb.
Qeyd edək ki, pambıqçılıq rayonda ənənəvi təsərrüfat sahəsidir. Əkinçilər kampaniyanın vaxtında başa çatdırılması üçün bütün qüvvələrini səfərbər ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]