REGİONLAR
KÜRDƏMİRDƏ PAMBIQ ƏKİNİ SAHƏLƏRİ 2000 HEKTARDAN ÇOX OLACAQDIR
Ötən təsərrüfat ilində 1743 hektar sahədə 3 min tondan çox pambıq istehsal olunmuş Kürdəmirdə bu il əkin sahələri 2 min hektardan artıq olacaqdır. Rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Əşrəf Şükürov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, regionların sosial- iqtisadi inkişafına dair Prezident fərmanı ilə əlaqədar bölgədə təsərrüfatın digər sahələri ilə yanaşı pambıqçılığın da yüksəlişinə böyük diqqət yetirilir.
Erkən yazda 2 min hektardan çox sahədə çiyid səpiləcəkdir ki, bu, əvvəlki ildəkindən 600 hektar çoxdur. Əkin keçiriləcəyəi sahələrin 1500 hektarı arata götürülmüşdür.
Ciddi hazırlıqdan sonra rayonda çiyid səpininə başlanmışdır. Qısa müddətdə 150 hektardan artııq sahədə səpin aparılmışdır. Əkin kampaniyasına 25 malaçəkən traktor, 20 səpin traktoru cəlb edilmişdir. Rayonun Şiriyan, Köhünlü, Karrar ərazi bölgələrində çiyid səpini daha uğurla davam etdirilir.