Kürdəmirdə pambıq əkinləri üçün dondurma şumu çıxarılır
Kürdəmir, 6 yanvar, AZƏRTAC
Kürdəmir rayonunda pambıq əkinləri üçün hazırlıq işləri görülür.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, “MKT-İK”, “P-AQRO” MMC-lər, “Kürdəmir-pambıq” ASC artıq 49 nəfər fermer və fiziki şəxslə 1400 hektarda pambıq əkini üçün müqavilə bağlayıb və hazırda bu iş davam etdirilir. Rayonun daha çox pambıq əkilən Qarayazı, Muradxan, Carrı, Qarasu və bir sıra digər ərazi dairələrində artıq 630 hektarda dondurma şumu çıxarılıb. Sahələrin pambıq əkini üçün seçilməsi, hazırlanması və dondurma şumunun çıxarılması mütəxəssislərin nəzarəti altında aparılır.
Qeyd edək ki, pambıqçılıq rayonda ənənəvi təsərrüfat sahəsidir. Ötən il 1997,5 hektar sahədən 5746,6 ton məhsul istehsal olunub. Hər hektardan məhsuldarlıq inişilkinə nisbətən 5,7 sentner artaraq 28,8 sentnerə çıxıb ki, bu da rayon tarixində ən yüksək göstəricidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]