Kürdəmirdə sosial yardım aksiyasına təhsil işçiləri də qoşulub
Kürdəmir, 17 aprel, AZƏRTAC
Kürdəmir rayonunda karantin rejimi şəraitində tənha ahıl insanlara və aztəminatlı ailələrə yardımlar davam edir və bu xeyirxah aksiyaya qoşulanların sayı getdikcə artır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sosial təcrid şəraitində ehtiyacı olanlara ərzaq yardımlarının paylanması aksiyasına Təhsil şöbəsinin işçiləri də qoşulub. Onlar ilkin olaraq Kürdəmir şəhərində 14 tənha ahıl şəxsə və aztəminatlı ailəyə baş çəkərək ərzaq yardımı edib, qayğı və problemləri ilə maraqlanıb, maarifləndirici söhbətlər aparıblar.