KÜVEYT DÖVLƏTİNİN VƏLİƏHDİ ƏLAHƏZRƏT
ŞEYX SAAD ƏL-ABDULLA ƏL-SALİM ƏS-SABAHA
Görkəmli dövlət xadimi, Küveyt dövlətinin Əmiri şeyx Cabir əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.
Bütün həyatı boyu doğma xalqına sədaqətlə xidmət etmiş şeyx Cabir əl-Əhməd əl-Cabir əs-Sabahın müsəlman dövlətləri və xalqları arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmləndirilməsində böyük rolu olmuşdur.
Bu ağır anlarda dərdinizə şərik çıxır, Sizə, mərhumun ailə üzvlərinə, dost Küveyt xalqına şəxsən öz adımdan və bütün Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
15 yanvar 2006-cı il.