Laçın Rayon Polis Şöbəsinin əməkdaşları “Uşaqları qoruyaq” adlı maarifləndirici tədbir keçiriblər
Bakı, 10 fevral, AZƏRTAC
Laçın Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsi təhsildə, idmanda, ictimai həyatda fərqlənən tələbə və məktəblilərin yol hərəkəti təhlükəsizliyinin təbliği işinə cəlb edilməsi məqsədilə Taxtakörpü qəsəbə tam orta məktəbində “Uşaqları qoruyaq” adlı maarifləndirici tədbir keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yol polisi əməkdaşlarının iştirak etdikləri tədbirdə xüsusi karantin qaydaları izah olunub. Şagirdlər sosial məsafə gözlənilməklə yol hərəkəti qaydaları ilə yaxından tanış edilib. Onlar bədbəxt hadisələrin baş verə biləcəyi təhlükələr barədə məlumatlandırılıblar.