Laçınlı məcburi köçkünlər 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ehtiramlarını bildirmişlər
Ağcabədi, 20 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsi qurbanlarının xatirəsi respublikanın hər yerində olduğu kimi, Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşmış laçınlı məcburi köçkünlər tərəfindən də yad edilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyəti, ağsaqqallar, gənclər, ziyalılar, əmək kollektivlərinin nümayəndələri Taxtakörpü qəsəbəsində şəhidlərinin xatirəsinə ucaldılmış abidənin qarşısında şəhidlərin ölməz xatirəsinə ehtiramlarını bildirmiş, önünə gül-çiçək düzmüşlər.
Burada keçirilən mərasimdə çıxış edənlər 1990-cı il yanvarın 20-də törədilmiş faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin mübarizliyindən danışmışlar.
Tədbirdə məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]