Laçınlı uşaqların bayram sevinci VİDEO
Laçın, 1 iyun, AZƏRTAC
İşğaldan azad olunan Laçın şəhərində fəaliyyət göstərən Laçın şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimləri 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şagirdləri təbrik edib, onlarla birlikdə bayramı qeyd ediblər.
Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bayram günü münasibətilə müəllimlər onların sevincinə şərik olub, şagirdlərə xoş arzularını çatdırıblar.
İşğaldan azad olunan Laçın rayonunun Zabux kəndində fəaliyyət göstərən Zabux kənd tam orta ümumtəhsil məktəbinin şagirdləri də 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününü böyük sevinclə qeyd ediblər. Doğma kəndlərində yenidən məktəb həyatı yaşayan balacaların bayram sevinci kəndə xüsusi rəng qatıb.
Müxbir-Aydın Yavərzadə