Latviya pasportu hərəkət sərbəstliyinə görə dünyanın ilk onluğundadır
Riqa, 29 mart, AZƏRTAC
"Henley & Partners" şirkətinin tərtib etdiyi reytinqə əsasən, Latviya pasportu dünya üzrə hərəkət sərbəstliyinə görə ilk onluğa düşüb.
AZƏRTAC xəbər verir ki, reytinqdə liderliyi Yaponiya, Sinqapur və Koreya Respublikası bölüşür. Bu ölkələrin pasportlarına sahib olan vətəndaşlar dünyanın 189 ölkəsinə vizasız və ya sadələşdirilmiş viza rejimi ilə gedə bilərlər. Latviya vətəndaşları 180 ölkə ilə vizasız gediş-gəliş imkanına sahibdir.
Azərbaycan bu siyahıda 73-cü yerdədir. Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız səyahət edə bilərlər.
Reytinqdə ikinci yeri 188 ölkəyə sərbəst giriş-çıxışla Almaniya, üçüncü yeri isə Danimarka, Finlandiya, Fransa, İtaliya və İsveç tutur. Son pillələrdə isə İraq və Əfqanıstan qərarlaşıb. Bu ölkələrin vətəndaşları cəmi 30 ölkəyə sərbəst səyahət imkanına malikdirlər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]