Latviyada 28 May -Respublika Günü münasibətilə tədbirlər keçirilib
Riqa, 29 mart, AZƏRTAC
Latviyada Azərbaycan Respublikasının milli bayramı - 28 May- Respublika Günü münasibətilə bayram tədbirləri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirlər çərçivəsində Latviyanın azərbaycanlı icmasının sifarişi ilə Riqa şəhərinin mərkəzi küçələrində yerləşən 16 reklam lövhəsi üzərində “Şərqin ilk demokratik respublikası, 28 May-Respublika Günü münasibətilə təbriklər” yazılarını əks etdirən bayram təbrikəri nümayiş etdirilib.
Təbrik elanları iki gün ərzində nümayiş olunacaq.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa