Latviyada 800 min insan koronavirusa görə peyvənd olunacaq
Riqa, 22 avqust, AZƏRTAC
Latviya hökuməti COVID-19 əleyhinə ilk olaraq peyvəndə cəlb olunacaq şəxsləri müəyyənləşdirib.
AZƏRTAC “LETA” agentliyinə istinadla xəbər verir ki, həmin şəxslərin sayı təxminən 800 min nəfər təşkil edir.
İlk növbədə risk qrupuna aid vətəndaşlar − təqaüdçülər, xroniki xəstəliyi olanlar, sosial yardım mərkəzlərinin işçiləri və müştəriləri, habelə tibb işçiləri, operativ xidmət əməkdaşları və yüksək risk şəraitində çalışan digər insanlar peyvəndə cəlb olunacaq.
Ümumdünya Səhiyyə Təşkilatı kollektiv immunitetin yaranması üçün əhalinin 20 faizini peyvəndə cəlb etməyi tövsiyə edir.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]