Latviyada COVID-19-a test müayinəsindən keçməyə tələbat 40 faiz artıb
Riqa, 21 sentyabr, AZƏRTAC
Latviyada yeni tədris ilinin başlanması və yoluxucu infeksiyaların yayılması ilə əlaqədar, “Centrala laboratori”da COVID-19-a test müayinəsindən keçməyə tələbat 40 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “LETA” agentliyinə laboratoriyanın baş mütəxəssisi və həkimi Yana Osite məlumat verib.
Y.Ositenin sözlərinə görə, artan tələbat səbəbindən laboratoriyada zənglərə cavab verən operatorların sayı artırılıb, test qəbulunun aparıldığı məntəqələrdə iş saatları uzadılıb, həmçinin insanların bölgələrdə əvvəlcədən yazılma yolu ilə test müayinəsindən keçmələri üçün daha çox əlverişli şərait yaradılıb.
Laboratoriyada eyni zamanda COVID-19-a test müayinəsindən keçmək üçün elektron formada müraciət etmək imkanı yaradılıb ki, hazırda bu imkandan bir çox insan yararlanır.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]