Latviyada sərhəd keçidi ilə bağlı rüsumlar tətbiq edilib
Bakı, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 15-dən Latviyada ölkənin Rusiya və Belarusla xarici sərhədlərini keçmək üçün ödənişli elektron növbə sistemi işə salınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Latviya Dövlət Gömrük Komitəsinin saytında məlumat verilib.
Ödənişli elektron növbə sisteminin tətbiqi sərhəd-keçid məntəqəsində təhlükəsizliyin yaxşılaşdırılması və nəqliyyat sıxlığının qarşısının alınması məqsədi daşıyır. Yeni sistem “Qrebneva”, “Terexova” və “Paternieki” sərhəd-keçid məntəqələrində fəaliyyət göstərəcək.
Müəyyən edilmiş qaydalara əsasən, sürücülər sərhədə çatmazdan əvvəl buraxılış məntəqəsini, tarixi, vaxtı, növbə növünü göstərməklə, onlayn bronlaşdırma sistemində əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Bir nəqliyyat vasitəsi bron haqqı 9,3 avro təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]