Lavrov Rusiyanın Şarm əl-Şeyx Sammitinə qatılmamasının səbəbini açıqlayıb
Moskva, 13 oktyabr, AZƏRTAC
Misir Qəzza zolağında atəşkəs sazişinin imzalanmasına həsr olunmuş Şarm əş-Şeyxdə ABŞ ilə koordinasiyalı şəkildə keçirilən Yaxın Şərq Sülh Sammitinin iştirakçılarına dəvət göndərib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ərəb ölkələrindən olan jurnalistlərlə görüşündə məlumat verib.
Lavrov bəyan edib ki, dəvəti Sammitin ev sahibi, öz hərəkətlərini digər ərəb təşəbbüskarları ilə, lakin ilk növbədə ABŞ ilə əlaqələndirən Misir rəhbərliyi göndərib. Nazir qeyd edib ki, İraqın hazırda Ərəb Liqasına sədrlik etməsinə baxmayaraq, bu ölkənin Baş naziri də Sammitə dəvət edilməyib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]