“Layihələrin idarə olunması” mövzusunda onlayn seminar keçirilib
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə “Layihələrin idarə olunması” mövzusunda onlayn seminar keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, təlimçi Zəhra Həşimova çıxışında layihənin xüsusiyyətləri, yazılması və idarə edilməsi haqqında ətraflı məlumat verib.
Vebinarda, həmçinin layihədə uğur və uğursuzluqların səbəbi, risklərin həlli ilə bağlı məsələlər də müzakirə olunub.
Sonda Zəhra Həşimova könüllülərin suallarını cavablandırıb.