Lənkəran şəhərində bazar ərazisində yanğın baş verib
Bakı, 20 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Lənkəran şəhəri, İ.Səmədzadə küçəsində yerləşən bazar ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində bazar ərazisində meyvə-tərəvəz satışı həyata keçirilən mağazada baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 9 kv.m. olan mağazanın talvar hissəsi 5 kv.m. sahədə yanıb.
Mağazanın qalan hissəsi və bazar ərazisində yerləşən bitişik obyektlər yanğından mühafizə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:40]
Beynəlxalq Türk Akademiyası elmi layihələrini təqdim edib
- 05.06.2026 [15:21]
Baş prokuror Şəmkir rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 05.06.2026 [14:34]