Lənkəranda beynəlxalq şahmat festivalı start götürüb
Bakı, 29 iyun, AZƏRTAC
“Azərbaycan Şahmat Turu” çərçivəsində “Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
Şahmat Federasiyasından (AŞF) AZƏRTAC-a bildirilib ki, turnirdə ölkəmizlə yanaşı, Türkiyə, İran, Hindistan, Macarıstan və FIDE şahmatçıları təmsil olunurlar.
AŞF ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı əsasında reallaşan turnir reytinqlərə uyğun olaraq, A və B qrupu olmaqla, iki kateqoriyada təşkil edilir. Festival çərçivəsində eyni zamanda rapid və blits üzrə də yarışlar keçiriləcək.
200-ə yaxın şahmatçının mübarizə apardığı yarışın ümumi mükafat fondu 22 min 650 manat təşkil edir. Turnirin baş hakimi Şaiq Quliyevdir.