LƏNKƏRANDA RUS DİLİNİN TƏDRİSİ İLƏ ƏLAQƏDAR SEMİNAR KEÇİRİLMİŞDİR
AzərİAc-ın müxbiri xəbər verir ki, seminardan əvvəl iştirakçılar Lənkəran şəhərində ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan mərkəzi meydanda onun portreti önünə çiçək dəstələri qoymuşlar.
LDU-nun rektoru, professor Mirzə Bağırov iştirakçıları salamlamış, rus dilinin hər iki xalqın ünsiyyətində, məişətində və mədəni əlaqələrində oynadığı roldan,respublikamızda bu dili tədris edən təhsil ocaqlarından, həmin dildə nəşr olunan qəzet və jurnalların sayının artmasından söhbət açmışdır. Natiq respublikmızda rusdilli xalqların öz dillərini və mədəniyyətlərini inkişaf etdirməsi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasəti xatırlatmış, həmin siyasətin bu gün də uğurla davam etdirildiyini vurğulamışdır.
Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin məsləhitçisi Parmen Şenşen, Bakı Slavyan Universitetinin prorektoru Asif Hacıyev, Azərbaycan Rus İcması sədrinin müavini Viktor Tatarenko, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rafiq Əliyev çıxış etmişlər.
Seminarda respublikamızda rus dili və ədəbiyyatının tədrisi ilə əlaqədar 11 məruzə dinlənilmiş, bu sahədə mövcud problemlərin həlli istiqamətində müxtəlif təkliflər verilmişdir.
Tədbirdə 5 nəfərdən ibarət əlaqələndirmə şurası yaradılmışdır.
Seminar iştirakçıları LDU-nun akt zalında nümayiş etdirilən “Rus dilini öyrənirik”, “Rus dilini öyrən və sev”, “Rusiya bizim uşaqların gözü ilə” aduı lövhələrdədə nümayiş etdirilən materiallarla tanış olmuşlar.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı, tarix elmləri doktoru Zeynal Nağdəliyev tədbirdə iştirak edən Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin, Rus icmasının və Bakı Slavyan Universitetinin nümayəndələrini qəbul etmişdir.