Lerikdə Xocalı soyqırımının iyirmi birinci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
Lerik, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Lerik Rayon İcra Hakimiyyətində Xocalı soyqırımının iyirmi birinci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, toplantıda Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Toplantıda çıxış edənlər erməni xislətinin dünya dəyərlərinə tarix boyu ziyansız ötüşmədiyindən söz açmışlar.
Qeyd olunmuşdur ki, bu gün torpaqlarımızın geri qaytarılması, eləcə də erməni cəlladları tərəfindən xalqımıza qarşı törədilən terror aktlarının beynəlxalq müstəvidə tanıdılması üçün ardıcıl iş aparılmaqdadır.
Bildirilmişdir ki, Xocalı faciəsi bəşər tarixində ən dəhşətli terror aktlarındandır. Bu faciə iki əsrdən çox bir müddət ərzində erməni cəlladları tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin davamı və ən qanlı səhifəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]