“Lex”in “Qarabağ”la oyun üçün səfər proqramı açıqlanıb
Bakı, 11 iyul, AZƏRTAC
UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyununda Ağdamın “Qarabağ” klubu ilə Bakıda qarşılaşacaq Polşanın “Lex” komandasının səfər proqramı məlum olub.
AZƏRTAC xəbər verir ki, Polşa klubu iyulun 11-də səhər saatlarında Poznan şəhərindən paytaxtımıza birbaşa çarter reysi ilə gələcək. “Lex” Bakıya çatmaq üçün 4,5 saat yol qət edəcək. Komanda oyundan dərhal sonra Bakıdan ayrılacaq.
Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Lex” matçı saat 20:00-da başlayacaq. Bu komandalar arasındakı ilk oyun “Lex”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]