Lionel Messi La Liqada növbəti rekorda imza atıb
Bakı, 15 iyun, AZƏRTAC
İspaniyanın "Barselona" futbol klubunun kapitanı Lionel Messi La Liqada növbəti rekorda imza atıb.
AZƏRTAC xəbər verir ki, 33 yaşlı argentinalı hücumçu 28-ci tur matçında "Malyorka"nı məyus edib. L.Messi komandasının 4:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
Beləliklə, argentinalı kapitan İspaniya çempionatının 12 mövsümündə ardıcıl azı 20 qol vurmağı bacarmış ilk futbolçu ünvanına yiyələnib.
Qeyd edək ki, 33 yaşlı forvard cari mövsümdə "Barselona"da 25 qol vurub və 18 məhsuldar ötürmə edib. O, komandada ümumilikdə 718 matç keçirib və 627 dəfə fərqlənib, habelə 265 ötürmə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [23:03]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]