Litvada bütün məkanlarda maskadan istifadə məcburi olacaq
Vilnüs, 23 avqust, AZƏRTAC
Litva Səhiyyə Naziri Aureliyus Veriqa bütün həm qapalı, həm də açıq məkanlarda keçirilən tədbirlərdə maskadan istifadə tələbinin artıq qüvvəyə mindiyi barədə məlumat verib.
AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, bununla yanaşı, 1 metrdən az olmayaraq, ara məsafəsi saxlamaq tələbi də qüvvədə qalır.
Nazir heç də bütün maskaların münasib olmadığı barədə xəbərdarlıq edib.
O bildirib ki, qeyri-tibbi maskalar ağız və burun nahiyəsini örtməli, bir neçə qatdan, qalın parçadan ibarət, eyni zamanda dəliksiz olmalıdır.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]