Litvada ən böyük səfərbərlik təlimi başlayır
Bakı, 23 sentyabr, AZƏRTAC
Litvada ölkənin bütün bələdiyyələrini əhatə edən səfərbərlik sisteminin işini yoxlamaq üçün ən böyük təlim başlayıb.
AZƏRTAC xəbər verir ki, bunu Litva Nazirlər Kabinetindən bildiriblər. Təlimin məqsədi dövlət səfərbərlik sisteminin vəziyyətini, ölkənin müdafiəsinə hazırlıqla bağlı fəaliyyətləri qiymətləndirmək və kritik vəziyyətdə həyati funksiyaları təmin etməkdir.
Məlumata görə, təlimlərdə minə yaxın dövlət qulluqçusu və vəzifəli şəxs, yerli özünüidarəetmə orqanlarının əməkdaşları və qeyri-hökumət təşkilatlarının könüllüləri iştirak edir. Hökumət dəftərxanası, bütün nazirliklər, səfərbərlik və dövlət təhlükəsizliyi departamentləri, Müdafiə Nazirliyinin Baş qərargahı, ölkənin bütün 60 bələdiyyəsi və digər aidiyyəti strukturlar cəlb olunub.
Təlimin epizodlarından biri Vilnüs və Lentvaris dəmiryol vağzallarında əhalinin təxliyəsinin simulyasiyası olacaq.
Təlimlər sentyabrın 26-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [13:22]
ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir
- 10.06.2026 [13:20]
Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb
- 10.06.2026 [13:19]
İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır
- 10.06.2026 [12:40]
Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb
- 10.06.2026 [12:24]
Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər
- 10.06.2026 [12:24]