Litvada indiyədək 2594 nəfər koronavirusa yoluxub
Vilnüs, 23 avqust, AZƏRTAC
Litvada koronavirusa (COVID-19) yoluxanların sayı 2594-ə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Litvanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 604 min 689 nəfər müayinə olunub. Son sutka ərzində COVID-19-a görə 5176 nəfərdən götürülən analizin 30-nun nəticəsi müsbət çıxıb.
Yeni növ koronavirusdan 84 ölüm faktı qeydə alınıb. Sağalanların sayı 1766 nəfərdir. Yoluxma hallarının artacağı istisna olunmur.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]