Litvada karantin rejimi tətbiq ediləcək
Bakı, 5 noyabr, AZƏRTAC
Noyabrın 7-dən etibarən Litvada karantin rejimi tətbiq edilir.
AZƏRTAC Litva KİV-lərinə istinadla xəbər verir ki, ölkədə ictimai iaşə müəssisələrinin işi dayandırılacaq, məhdudiyyətlər ərzaq mağazalarına və apteklərə şamil edilmir.
Ölkədə şəhərlərarası hərəkət tövsiyə edilmir, lakin heç bir sərt məhdudiyyət olmayacaq. Nəqliyyatda sosial məsafəyə riayət olunması, oturacaq yerlərinin istifadəsi kimi məhdudiyyətlər tətbiq edilir.
Bundan başqa, muzeylər, teatrlar, kinoteatrlar, kazinolar bağlanır, ictimai tədbirlər keçirilməyəcək, idman tədbirləri tamaşaçı olmadan keçiriləcək. Uşaq bağçaları və ibtidai siniflər fəaliyyətini davam etdirəcək. Virusun yayılma riski varsa, uşaq bağçaları və ibtidai məktəblərin işi dərhal dayandırıla bilər. Toy və dəfn mərasimlərində 10-a qədər yaxın qohum iştirak edə bilər.
Litvada karantin rejimi noyabrın 29-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]