LİVAN İSRAİLİ MƏHKƏMƏYƏ VERƏCƏK
OPEK-in hesablamalarına görə, bu il iyulun 15-də İsrail aviasiyası Beyrut ətrafındakı qəsəbədə elektrik stansiyasını və neft anbarını bombalayandan sonra dənizə 10-15 min ton neft axmışdır. Nəticədə Livanın və qonşu Suriyanın sahilboyu gözəl qumlu çimərliklərinin təxminən 150 kilometri neft təbəqəsi ilə örtülmüşdür.
AZƏRTAC Assoşieyted Press Agentliyinə istinadla xəbər verir ki, yerli alimlər baş vermiş hadisəni Livanın tarixində ən ciddi ekoloji fəlakət adlandırırlar. Mütəxəssislərin fikrincə, sahilboyunun neftdən təmizlənməsi, ola bilsin, bir il vaxt aparacaqdır.
Təmizləmə işlərini 100 milyon dollar məbləğində dəyərləndirən Livan hökuməti bildirir ki, bombardmandan dəyən ümumi zərər bu məbləğdən xeyli artıqdır. Livan nazirinin sözlərinə görə, onun ölkəsi İsraildən iki kanalla - Haaqadakı Beynəlxalq Məhkəmə və BMT vasitəsilə kompensasiya almağa çalışacaqdır.
İddianın hazırlanması ilə Livan Ədliyyə Nazirliyi məşğuldur. O, İsrail ilə silahlı münaqişənin 34 günü ərzində ölkənin məruz qaldığı iqtisadi itkilərin ümumi dəyərini müəyyən edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]
Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb
- 16.10.2026 [11:05]
Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]