“Liverpul”un kapitanı Premyer Liqada cari mövsümün ən yaxşı oyunçusu seçilib
Bakı, 24 iyul, AZƏRTAC
İngiltərənin “Liverpul” futbol klubunun kapitanı Cordan Henderson Futbol Jurnaslitləri Birliyi tərəfindən Premyer Liqada cari mövsümün ən yaxşı oyunçusu seçilib.
AZƏRTAC xəbər verir ki, 30 yaşlı müdafiəçi səslərin dörddəbirindən çoxunu toplayaraq komanda yoldaşları Alisson Beker, Vircil van Deyk, Trent Aleksandr-Arnold, Sadio Maneni, “Mançester Yuneyted”dən Markus Reşfordu və “Mançester Siti”dən Kevin de Brüyneni geridə qoyub.
Qeyd edək ki, C.Henderson 2011-ci ildən “Liverpul”un formasını geyinir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]