Liviyada 98 nəfər prezident seçkilərində namizədliyini irəli sürüb
Qahirə, 24 noyabr, AZƏRTAC
Dekabrın 24-də Liviyada keçiriləcək prezident seçkilərində 98 nəfər namizədliyini irəli sürüb. Onların arasında general Xəlifə Haftar, ölkənin devrilmiş və qətlə yetirilmiş keçmiş lideri Muammər Qəddafinin oğlu Seyf Əl İslam, şərq əyalətlərinin parlament spikeri Aquila Saleh, hazırki keçici hökumətin başçısı Əbdülhəmid əl-Dbeibah da var.
AZƏRTAC xəbər verir ki, bu barədə Liviya Prezident Şurasının başçısı Məhəmməd Əl Mənfi Qahirədə Misir Prezidenti Əbdülfəttah əl-Sisi ilə görüşündə bildirib. O, Misir hökumətini qarşıdakı prezident seçkilərinin təhlükəsiz şəraitdə baş tutması üçün Tripoliyə kömək etməyə çağırıb.
Misir Prezidenti bildirib ki, rəsmi Qahirə Liviyada sülh və təhlükəsizliyin təmin olunması üçün səylərini davam etdirəcək. O əlavə edib ki, qonşu ölkənin ərazi bütövlüyü region üçün mühüm məsələdir. Eyni zamanda, Liviyada seçkilərin uğurla keçirilməsi, xalqın birliyinin möhkəmlənməsi bu ölkənin gələcəyi baxımdan həlledici amil ola bilər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]
Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb
- 16.06.2026 [12:08]
Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib
- 16.06.2026 [12:03]