Liviyada müxalifət qüvvələrinə qarşı hərbi əməliyyat keçirilir
Bakı, 30 iyul, AZƏRTAC
Liviyanın Tripoli şəhərində milli hökumət qüvvələri müxalifət ordusunun komandanı general Xəlifə Həftərin qoşunlarına qarşı geniş hərbi əməliyyata başlayıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Liviya milli hökumətinin hərbi məsələlər üzrə nümayəndəsi Məhəmməd Qanuni müxalifət qüvvələrinə qarşı “Burkan Əl-Qədab” əməliyyatına başlanıldığını deyib. Milli hökumətin məlumatına görə, Xəlifə Həftər qoşunlarının mövqeləri hərbi hava qüvvələri tərəfindən də vurulub. Əməliyyat nəticəsində ölən və yaralananların sayı ilə bağlı dəqiq məlumat yoxdur.
Xatırladaq ki, aprel ayının 4-də general Xəlifə Həftər qoşunları Liviyanın böyük liman şəhəri olan Tripolini ələ keçirmək üçün milli hökumət ordusuna qarşı hərbi əməliyyat keçirmişdi və şəhər yaxınlığında mövqelərini möhkəmləndirməyi bacarmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]