L.KUÇMA VƏ V.RUŞAYLO MDB DÖVLƏT BAŞÇILARININ ZİRVƏ TOPLANTISINA HAZIRLIĞIN GEDİŞİNİ MÜZAKİRƏ ETMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Ukrayna Prezidenti Leonid Kuçma və Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin sədri – icraçı katibi Vladimir Ruşaylo Krımda görüş zamanı MDB Dövlət Başçıları Şurasının sentyabrın 15-16-da Astanada keçiriləcək növbəti iclasına hazırlığın gedişini müzakirə etmişlər.
Ukrayna Prezidentinin mətbuat xidməti bildirmişdir ki, görüşdə V.Ruşaylonun Birlik ölkələrinə işgüzar səfərlərinin yekunları da müzakirə olunmuş, habelə MDB orqanlarının, ilk növbədə, iqtisadi sahədə fəaliyyətini təkmilləşdirməyə dair təkliflər nəzərdən keçirilmişdir.
Görüşdə bu il Birliyin bir sıra ölkələrində, o cümlədən Ukraynada keçiriləcək parlament və prezident seçkilərində MDB-dən müşahidəçilər qruplarının iştirakından da söhbət getmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]