İDMAN
“Lokomotiv”in sabiq prezidenti: “Neftçi” Bojoviç üçün pis variant deyil
Bakı, 25 dekabr, AZƏRTAC
“Bakı klubu Bojoviç üçün pis variant deyil. “Neftçi” Azərbaycanın məşhur və güclü komandalarından biridir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Moskva "Lokomotiv"inin keçmiş prezidenti Nikolay Naumov Miodroq Bojoviçin “Neftçi”yə baş məşqçi təyin edilməsi ilə bağlı Rusiya mətbuatına açıqlamasında deyib.
41 yaşlı funksioner sözlərinə görə, Azərbaycanda monteneqrolu çalışdırıcıdan güclü məşqçi yoxdur: “Onun yeni klubunda işinin necə alınacağı ilə bağlı dəqiq fikrim yoxdur. Bunadək rəhbərlik etdiyi klublarda əvvəlcə hər şey qaydasında gedib, amma bir-iki il sonra vəziyyət dəyişib. Bu, onun işlədiyi bütün komandalarında baş verib. Ona görə də Bojovicin “Neftçi”yə böyük töhfə verəcəyini düşünmürəm. Buna baxmayaraq, məşhur mütəxəssisdir. Onun “Neftçi”də yaxşı komanda quracağını indidən demək mümkün deyil. Düşünürəm ki, bir-iki ildən sonra aqibəti Rusiya klublarındakı kimi olacaq”.
Qeyd edək ki, Miodraq Bojoviç "Neftçi" ilə 6 ay + 1 illik müqavilə imzalayıb. O, karyerası ərzində Rusiyanın "Dinamo, "Lokomotiv" (hər ikisi Moskva) və Serbiyanın "Srvena Zvezda" kimi komandalarına başçılıq edib. 55 yaşlı mütəxəssisin “Neftçi”dən öncəki son iş yeri isə Rusiyanın "Arsenal" (Tula) klubu olub.