Bakı, 14 iyun, AZƏRTAC
Londonun qərbində 27 mərtəbəli yaşayış binası yanır.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Şimali Kensinqton bölgəsindəki “Grenfell Tower” binasında baş verən yanğının söndürülməsinə təxminən 40 yanğınsöndürmə maşını və 200 yanğınsöndürən cəlb olunub.