“LOTOS” MƏRKƏZİ MOSKVADA YENİ METODİKANIN TƏQDİMATINI KEÇİRƏCƏK
“Lotos”dan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, mərkəz üç il müddətinə (2004-2006) nəzərdə tutulmuş bu layihəni Dünya Əllillərin Problemləri İnstitutu (ABŞ) Rusiyanın “Perspektiv” təşkilatı, habelə Rusiya regionlarının və MDB ölkələrinin əlil təşkilatları ilə tərəfdaşlıq zəminində həyata keçirir.
Layihədən başlıca məqsəd gənc əlilləri öz problemlərinin həlli istiqamətində fəallaşdırmaq, Beynəlxalq Əlillər Birliyində əlaqələri və tərəfdaşlığı möhkəmləndirməkdir. Layihə çərçivəsində ictimaiyyətin maarifləndirilməsi və əlillərə münasibətdə ayrı-seçkiliyin və maneələrin aradan qaldırılması məqsədi ilə ictimai rəyin dəyişdirilməsi üçün tədbirlər keçirmək nəzərdə tutulmuşdur.
“Lotos”un təmsilçiləri “İnklüziv məktəblərin inkişafı” mövzusunda keçiriləcək seminarda da iştirak edəcək, burada inklüziv təhsili ümumtəhsil məktəb sisteminə daxil etmək təcrübəsini bölüşəcəklər.