“Lufthansa” İsrail və Livana uçuşları oktyabrın 31-dək təxirə salıb
Bakı, 21 oktyabr, AZƏRTAC
Daha əvvəl İsrail və Livana uçuşları dayandıran Almaniyanın “Lufthansa” aviaşirkəti təhlükəsizlik səbəbi ilə ən azı oktyabrın 31-dək bu ölkələrə uçmayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə DPA agentliyi aviaşirkətin bəyanatına istinadən məlumat yayıb.
Aviaşirkət bildirib ki, regiondakı vəziyyəti yaxından izləməyə davam edir və Almaniya hökuməti ilə əlaqə saxlayır.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS yaraqlılarının Qəzza zolağından İsrailə hücumundan sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]