DÜNYA
Lüksemburqda virus daşıyıcılarının 51 faizini kişilər, 49 faizini isə qadınlar təşkil edir
Paris, 4 aprel, AZƏRTAC
Lüksemburqda COVID-19 virusuna yoluxanların sayı 2 min 612-yə, ölənlərin sayı isə 31-ə çatıb. Son sutka ərzində 125 yeni yoluxma və 1 ölüm faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Baş Naziri və Səhiyyə naziri mətbuat açıqlamasında bildiriblər.
Baş Nazir görülən tədbirlərin səmərəli olduğunu diqqətə çatdırıb.
Səhiyyə naziri qeyd edib ki, yeni yoluxma halları azalıb və epidemiya stabilləşmə mərhələsindədir.
Qeyd edilib ki, koronavirus xəstələrinin orta yaş həddi 86-dır. Virus daşıyıcılarının 51 faizi kişilər, 49 faizi isə qadınlardır.
Artıq 21 min 463 test edilib, 33-ü intensiv müayinədə olmaqla 232 nəfər xəstəxanalara yerləşdirilib. 174 xəstə sağalaraq evə buraxılıb. Ümumilikdə 500 nəfər sağalıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Lüksemburq
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [19:29]
Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib
- 08.05.2024 [19:05]
Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb
- 08.05.2024 [18:10]
Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb
- 08.05.2024 [18:07]
Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək
- 08.05.2024 [17:15]
Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər
- 08.05.2024 [16:41]
“TikTok” ABŞ hökumətini məhkəməyə verib
- 08.05.2024 [16:27]