Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsi keçirilir
Bakı, 26 may, AZƏRTAC
Bu gün Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsi keçirilir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, final mərhələsi mövcud pandemiya qaydalarına uyğun şəkildə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ilə yanaşı, 14 regionda yaradılmış 27 mərkəzdə təşkil olunub. Ümumilikdə 2 min 954 şagird bu mərhələdə iştirak hüququ qazanıb.
Qeyd edək ki, Lütfi Zadə adına məntiq olimpiadası Azərbaycan və rus bölmələri üzrə V sinif şagirdləri arasında təşkil olunur. Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [22:15]
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
- 12.10.2026 [20:48]
ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]