Macarıstan portalı: Macarıstan Qarabağda bərpa işlərində fəal iştirak etmək niyyətindədir
Budapeşt, 18 yanvar, AZƏRTAC
Macarıstanın 24.hu portalında dərc edilən məlumatda bildirilir ki, Macarıstan hökuməti Azərbaycanın Qarabağ bölgəsində bərpa işlərində fəal iştirak etmək niyyətindədir. AZƏRTAC xəbər verir ki, portal xarici işlər və ticarət naziri Peter Siyartonun Macarıstanın Azərbaycan hökumətinin tenderlərinin qalibi qismində bölgədə bərpa işlərində iştirak edəcək ilk ölkələr arasında olmaq arzusunu ifadə edən bəyanatına istinad edir.
Məlumatda, həmçinin Azərbaycanın Macarıstan üçün ölkənin təbii qazla təminatında və onun enerji təhlükəsizliyinin möhkəmləndirilməsində əsas tərəfdaş olduğunu xatırladılır.
Bundan başqa, qeyd edilir ki, müharibənin başa çatması ilə müxtəlif ölkələrin, o cümlədən Macarıstanın iştirakı ilə iqtisadi əməkdaşlıq üçün geniş imkanlar açılıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]