Macarıstan Rusiya qazının tədarükünü rekord həddə çatdırıb
Bakı, 16 oktyabr, AZƏRTAC
Macarıstana Rusiya qazının tədarükü bu il yeni rekorda çatıb və bu günədək 6 milyard kubmetri ötüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto sosial şəbəkə hesabında bildirib. Onun sözlərinə görə, tədarük olunan yanacağın həcmi sutkada 21 milyon kubmetrdən çoxdur və bu, “Macarıstanın enerji təhlükəsizliyi üçün kritik əhəmiyyətə malikdir”.
Nazir müxtəlif mənbələrdən və marşrutlardan istifadə etməklə enerji idxalının şaxələndirilməsini dəstəklədiyini, lakin "yaxşı işləyən və etibarlı təchizat xətlərinin" bağlanmasına qarşı olduğunu bir daha vurğulayıb.
Avropa İttifaqı Rusiya enerjisindən asılılığı tədricən aradan qaldırmaq strategiyası irəli sürür. İyun ayında Avropa Komissiyası 2027-ci ilin sonunadək Rusiya qazı və neftinin idxalını mərhələli şəkildə dayandırmaq üçün qanunvericilik təklifini qəbul edib. Macarıstan və Slovakiya bu plana tənqidi yanaşaraq sürətli azalmanın onların enerji təhlükəsizliyini və iqtisadi sabitliyini təhdid edə biləcəyi barədə xəbərdarlıq ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
- 07.06.2026 [13:16]
Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir
- 07.06.2026 [12:21]
Kayseridə güclü yağış və dolu həyatı iflic edib
- 07.06.2026 [11:44]
Kir Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [15:48]