MACARISTANDA AZƏRBAYCAN GÜNLƏRİ DAVAM EDİR
Universitetin aspirantı Anastasiya Timoşenko Azərbaycanın gözəl incəsənəti ilə tanış olmaq imkanına görə dünyanın müxtəlif ölkələrindən gəlmiş və Macarıstanın bu nüfuzlu təhsil ocağında oxuyan tələbələr adından təşəkkürünü bildirmişdir.
MAU-da təhsil alan azərbaycanlı tələbələr adından çıxış edən Aynur Quliyeva xalqımızın misilsiz sənət xəzinəsi olan muğamlardan danışmışdır.
Konsertdə tanınmış muğam ustaları - xalq artistləri Ağaxan Abdullayev və Nəzakət Teymurova, tarzən Firuz Əliyev, kaman ustası İsmayıl Həmidovun müşayiəti ilə çıxış etmişlər. Məsumə İsrafilzadənin ifasında “Tərəkəmə” rəqsi xoş təsir bağışlamışdır.