Azərbaycan Dövlət İnformasiya Agentliyi

Macarıstanın “Madyar Nemzet” nəşri Azərbaycanın Qarabağda tarixi Qələbəsindən yazır

Macarıstanın “Madyar Nemzet” nəşri Azərbaycanın Qarabağda tarixi Qələbəsindən yazır

Budapeşt, 13 iyul, AZƏRTAC

Macarıstanın populyar “Madyar Nemzet” qəzetinin internet versiyasında bu yaxınlarda reportyorlar qrupunun tərkibində Azərbaycanda səfərdə olmuş jurnalist David Laslonun “Dağlıq Qarabağda Qələbə: şəhidlər və zəfər” sərlövhəli məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, müəllif məqaləsində ötən ilin payızında Azərbaycanın cəmi 44 gün ərzində Qarabağda geniş ərazilərini erməni işğalından azad etməsini xatırladır. Müharibə başa çatandan 6 ay sonra hərbi əməliyyatların ab-havası bir az səngiyib, qəhrəmancasına həlak olan döyüşçülərin xatirələri və heyrət doğuran hərbi qələbəyə görə milli qürur hissləri ilə əvəz olunub. Laslo yazır ki, münaqişə hələ də sülh sazişinin bağlanması ilə nəticələnməsə də, hər halda müəyyən təskinlik yaranıb.

Azərbaycanda, xüsusən kənd yerlərində şəhidlərin çoxlu portretləri asılıb. Ötən ilin payızında Qarabağ uğrunda gedən 44 günlük müharibədə həlak olan qəhrəmanlara həsr edilmiş lövhə və posterləri yolun kənarı boyunca, yaşayış məntəqələrinə girişdə, mağazaların və evlərin pəncərələrində görmək mümkündür. Qəbiristanlıqlarda şəhidlərin dəfn edilməsi üçün xüsusi sahə ayrılıb və bu məzarların üstündə həmişə tər güllər olur.

Jurnalist oxuculara izah edir ki, şəhid - öz ölkəsi uğrunda canından keçən şəxsə deyilir. Azərbaycan Müdafiə Nazirliyinin son statistik məlumatına görə, hərbi əməliyyatlar zamanı 2906 nəfər həlak olub, 8 döyüşçü hələ də itkin düşmüş hesab edilir.

Bərdə yaxınlığında yerləşən kəndin sakini müəllifə kədər hissi ilə kəndlərinin daha çox itki verməsindən danışır. Bu sakin hələ 1990-cı illərdə, ermənilər Qarabağı işğal etdikləri dövrdə qardaşını itirib.

Azərbaycanda əhalinin sayına görə ikinci böyük şəhər olan Gəncəyə müharibənin vurduğu yaraların izləri hələ də qalır. Şəhər keçmiş cəbhə xəttinin 80 kilometrliyində yerləşsə də, erməni raketlərinin hücumuna məruz qalıb. Azərbaycanlılar hesab edirlər ki, ermənilər əhalini qorxuya salmaqdan ötrü qəsdən bu şəhərə raket buraxıblar. Sakinlərə “Düşmən buna nail ola bildimi?” sualını verdikdə, onlar “Heç kəs qaçmadı” cavabını veriblər. Bununla yanaşı, 8 mərmi Gəncənin yaşayış məntəqələrinə düşərək, onlarca dinc sakinin, o cümlədən uşaqların həyatına son qoyub. Ballistik raketlərin atılması nəticəsində çoxmənzilli evlər karton evlər kimi dağılıb və indi uçmuş divarlardan otaqlara baxmaq mümkündür. Bu otaqlar yerində elə durub ki, sanki zaman dayanıb. Raket atılması nəticəsində əmələ gələn çalaların yan-dövrəsinə düzülmüş oyuncaqlar və güllər həlak olanları xatırladır. Xarabalıqlar içində günəbaxanlar boy atıb və buradan keçənlər özünəməxsus “memorial”a öyrəşməyə başlayıblar.

Bəli, bu qələbə Azərbaycana baha başa gəldi. David Laslo “Buna dəyərmi?” sualını verdikdə sakinlər bir ağızdan “Biz xoşbəxtik!” cavabını veriblər.

Qarabağ ermənilər tərəfindən təqribən 30 il bundan əvvəl işğal edilmişdi, ona görə də onun azad edilməsi uğrunda müharibədə əsasən Birinci Qarabağ müharibəsi dövründə hələ dünyaya gəlməyən, yaxud da o vaxt vuruşan sakinlərin övladları iştirak edirdi. Döyüş əməliyyatları başlayanda millət bir yumruq kimi birləşərək haqq işi uğrunda mübarizəyə qalxdı: ordudan ehtiyata buraxılanlar müharibədə iştiraka könüllü yazılmağa başladılar. Yekunda ümumi səfərbərlik tələb olunmasa da, şəxsin heyətin azı üçdəbir hissəsi orduya çağırıldı.

Ötən ilin payızında, Azərbaycan ordusu əks-hücuma keçməzdən əvvəl Müdafiə Nazirliyinin nümayiş etdirdiyi videoçarx qarşıdakı vuruşmadan öncə döyüş ruhu yaratmaq məqsədi daşıyırdı. “Atəş” mahnısına çəkilən klipdə yerli “ulduzlar” zirehli döyüş maşınlarının, helikopterlərin və snayper tüfənglərinin qarşısında hərbi geyimdə dayanaraq böyük şövqlə mahnı oxuyurdular. Kadrlarda biz şiddətli raket atəşlərini izləyirik. Bu mahnı Azərbaycanda populyardır, yutubda 1 milyon yarım baxış toplayıb.

Hərbi atmosferi qalibiyyət hissləri əvəzlədi. Azərbaycanlılar fəxr edirlər ki, onilliklər boyu davam edən münaqişəyə hərbi güclə son qoydular və erməniləri alçaldıcı məğlubiyyətə uğratdılar. Təhlükəsizlik baxımından, xüsusən də minalanmış ərazilər nəzərə alınarsa, Qarabağa getmək hələ də qeyri-mümkündür. Bunu yalnız xüsusi icazə aldıqdan sonra həyata keçirmək olar. İşğaldan azad edilmiş əraziləri görməyən əksər azərbaycanlılar oraya getmək arzusundadırlar. 2003-cü ildən ölkəyə rəhbərlik edən Prezident İlham Əliyev tarixə müzəffər sərkərdə kimi düşüb, onun hərbi geyimdə obrazı və yumruğunu yuxarı qaldıraraq qələbə işarəsini bildirən şəkilləri reklam lövhələrində və mağaza vitrinlərində tez-tez yer alır. İlham Əliyev Ordunun Ali Baş Komandanı kimi hər cür şərəfə layiqdir. Onun Birinci vitse-prezident Mehriban Əliyeva ilə bərabər Qarabağa səfərlərindən kadrlar beynəlxalq mətbuatda geniş yayılıb.

Bir qədər qeyri-adi yerdə, hündür binaların kölgəsində, paytaxtın sahilboyu ilə yanaşı yerləşən Hərbi Qənimətlər Parkında qələbənin suvenirləri toplanıb. Açıq hava altında olan muzeyə giriş yerli sakinlər üçün cəmi bir neçə Azərbaycan manatı təşkil edir. Hərbi Qənimətlər Parkı aprel ayında açılsa da, bu isti günlərdə də şəhərlilərin diqqətini cəlb edir, ziyarətçilər üçün əsl ailə bayramına çevrilir. Parka gələnləri girişdə erməni avtomobillərindən çıxarılmış nömrələrin fonunda “Qarabağ Azərbaycandır!” lövhəsi qarşılayır. Bu, Birinci Qarabağ müharibəsindən sonra ermənilərin eynilə etdiyi hərəkətə cavabdır.

Parkda artilleriya və zenit batareyalarına məxsus xeyli tank, zirehli maşın nümayiş etdirilir. Bu texnika buraya gətirilməzdən əvvəl bütün ölkəni keçib. Onların bəzisində dəqiq zərbə izləri görünür, əksəriyyətinin üzərində Ermənistan bayrağının təsviri və xaç şəkilləri var.

T-72 tankından çıxan qorxuya düşmüş erməni əsgərinin mumdan hazırlanmış fiquru xüsusilə populyardır. Turistlər, uşaqlar və məktəblilər nə vaxtsa ölümsaçan texnikanın fonunda böyük məmnuniyyətlə şəkil çəkdirirlər. Müəllif sonda yazır ki, parkın yaradıcıları detallara xüsusi diqqət yetiriblər: düşmən - üzündən qorxu yağan, saqqallı, biçimsiz, eybəcər mum fiqurdur. Uşaqlar da məğlub olan düşmənin həmin fiqurunu Hərbi Qənimətlər Parkından çıxmazdan əvvəl təpikləmək şansını əldən buraxmırlar.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakının iki rayonunda elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib