Maduro ABŞ-dan Latın Amerikasında rejim dəyişikliyi siyasətinə son qoymasını tələb edib
Bakı, 11 dekabr, AZƏRTAC
Venesuela Prezidenti Nikolas Maduro ABŞ hökumətindən həm Venesuelaya, həm də Latın Amerikasına yönəlmiş müdaxilə, rejim dəyişikliyi və çevriliş siyasətinə son qoymağı tələb edib.
AZƏRTAC xəbər verir ki, bu barədə o, Karakasın mərkəzində keçirilən mitinqdə bildirib.
“Biz ABŞ hökumətindən Venesuela və Latın Amerikasına qarşı qeyri-qanuni, qəddar müdaxiləni, rejim dəyişikliyi siyasətini, dövlət çevrilişlərini və işğalları dayandırmasını tələb edirik”, – deyə Maduro qeyd edib.
Prezident vurğulayıb ki, nəcib, suveren və cəsarətli xalqa məxsus olan Venesuela heç vaxt imperiyanın müstəmləkəsinə çevrilməyəcək. O əlavə edib ki, Venesuela torpağının sərvətləri heç vaxt hər hansı bir imperiya tərəfindən talan edilməyəcək.
Dövlət başçısı bəyan edib ki, Venesuela tarlalarında çalışan işçilər ölkəni istənilən təcavüzkar imperiyadan müdafiə etmək üçün lazım gələrsə, əllərinə tüfəng, raket və tanklar götürəcəklər.
Mitinqdən əvvəl Maduro və nümayişçilər Karakas küçələrində çoxminlik yürüşdə iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]