“Magal Security Systems” şirkətinin nümayəndəsi: Biz Azərbaycan bazarında imkanlarımızı genişləndirmək istəyirik
Bakı, 2 iyun, AZƏRTAC
“Magal Security Systems” şirkəti İsrailin “Rafael Advanced Defense Systems LTD” konserninə məxsusdur. Biz artıq 50 ildir ki, bazarda fəaliyyət göstərir, dünyanın bir sıra ölkələrində kritik infrastrukturu qoruyuruq. Başlanğıcda bizim şirkət İsrailin dövlət sərhədlərinin qorunması üçün yaradılıb, lakin bu gün bizim təcrübəmiz nəqliyyat sahəsini, o cümlədən aeroportlara və limanlara, habelə energetika, neft və qaz sahələrinə də şamil edilir.
“Magal Security Systems” şirkətinin Şərqi Avropa Departamentinin regional direktoru, Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq “Xəzərin nefti və qazı” sərgisinin işində iştirak edən Xezi Polyak bu sözləri AZƏRTAC-a müsahibəsində söyləyib.
X.Polyak Azərbaycan ilə həmin şirkətin sıx əməkdaşlıq etməsini vurğulayaraq deyib: “20 ildən çoxdur ki, biz Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstəririk. Şirkətimiz neft-qaz sənayesi sahəsində Azərbaycanın bəzi strateji obyektlərində BP (British Petroleum) şirkəti ilə də sıx əməkdaşlıq edir. Biz Azərbaycan bazarında öz imkanlarımızı genişləndirmək üçün bu ölkədə törəmə müəssisə açmağa hazırlaşırıq.